Azərbaycanda uçota alınan operator və internet provayderinin sayı 6 % artıb

İKT
  • 04 sentyabr, 2023
  • 13:59
Azərbaycanda uçota alınan operator və internet provayderinin sayı 6 % artıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən uçota alınan operator və internet provayderinin sayı 5,88 % artıb.

Bu barədə “Report”a İKTA-dan məlumat verilib.

Bununla da qeydiyyata alınan operator və internet provayderini sayı 136-dan 144-ə çatdırılıb.

Qeyd edək ki, Azərbaycanda operator və internet provayderlərinin uçotunun aparılmasına İKTA yaradılandan sonra başlanılıb.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin nizamnaməsi Azərbaycan Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Son xəbərlər

Bütün Xəbər Lenti