Son 3 ayda Azərbaycanda 137 000-ə yaxın IP ünvanın zərərli proqramlarla yoluxdurulduğu və zərərverici fəaliyyətlə məşğul olduğu aşkar olunub.
“Report” xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti tərəfindən aparılmış araşdırmalar nəticəsində məlum olub.
Bildirilib ki, həmçinin bu IP ünvanlar vasitəsilə müxtəlif ölkələrə və internet istifadəçilərinə qarşı kiberhücumlar və zərərverici fəaliyyətlər həyata keçirilib.