Azərbaycanda planşetlərdə "İOS"un bazar payı 2,4 dəfə azalıb

İKT
  • 06 oktyabr, 2026
  • 11:13
Azərbaycanda planşetlərdə İOSun bazar payı 2,4 dəfə azalıb

Bu ilin sentyabr ayında Azərbaycanda mobil cihazlarda "Android" əməliyyat sisteminin bazar payı 84,31 % təşkil edib.

"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi xəbərə görə, bu, avqust ayına nisbətən 2,08 faiz bəndi, 2025-ci ilin sentyabr ayının göstəricisi ilə müqayisədə 4,88 faiz bəndi çoxdur.

Mobil cihazlarda "İOS" əməliyyat sisteminin bazar payı aylıq 2,08 faiz bəndi və illik müqayisədə 4,36 faiz bəndi azalaraq 15,67 % olub.

Planşetlərdə "Android"in bazar payı aylıq müqayisədə 1,2 faiz bəndi və illik müqayisədə 18,4 faiz bəndi artaraq 87,28 % təşkil edib.

Həmin cihazlarda "İOS"un bazar payı 12,55 % təşkil edib ki, bu da aylıq müqayisədə 1,2 faiz bəndi, illik isə 17,97 faiz bəndi və ya 2,4 dəfə azdır.