Azərbaycanda mobil rabitə bazarı 5 % böyüyüb

İKT
  • 11 sentyabr, 2026
  • 15:30
Azərbaycanda mobil rabitə bazarı 5 % böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 868 milyon manat dəyərində mobil telefon rabitəsi xidmətləri göstərilib.

Bu barədə "Report" Dövlət Statistika Komitəsindən bildirilib.

Bildirilib ki, bu, ötən ilin 8 ayı ilə müqayisədə 5,1 % çoxdur.

Məlumata görə, 8 ay ərzində informasiya və rabitə müəssisələri ümumilikdə 2 milyard 748,1 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10,7 % çox xidmət göstərib.

Xidmətlərin 455 milyon manatını (16,6 %-ni) internet, 435 milyon manatını (15,8 %-ni) proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsi, 318 milyon manatını (11,6 %-ni) informasiya, 672,1 milyon manatını (24,4 %-ni) isə digər informasiya və rabitə xidmətləri təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsi xidmətləri 39,4 %, internet xidmətləri 21,3 %, informasiya xidmətləri 13,4 %, mobil telefon rabitəsi xidmətləri 2,4 %, digər informasiya və rabitə xidmətləri 4,6 % artıb.