Azərbaycanda Məlumatların Emalı və Saxlanılması Mərkəzi yaradılır

Azərbaycanda Məlumatların Emalı və Saxlanılması Mərkəzi yaradılır "Google", "Yahoo" və "Facebook" şirkətləri layihəyə maraq göstərir
İKT
10 Aprel , 2015 12:53
Azərbaycanda Məlumatların Emalı və Saxlanılması Mərkəzi yaradılır

Bakı. 10 aprel. REPORT.AZ/ Azərbaycanda bu ilin iyun ayında Məlumatların Emalı və Saxlanılması Mərkəzinin (MESM) istismara verilməsi nəzərdə tutulub. "Report" xəbər verir ki, bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktor müavini Məzahim Quliyev bildirib.

M.Quliyev əlavə edib ki, dünyanın nəhəng şirkətləri, xüsusən "Google" və "Yahoo" internet axtarış sistemləri, "Facebook" sosial şəbəkəsi artıq Məlumatların Emalı və Saxlanılması Mərkəzinə maraq göstərirlər.

Onun sözlərinə görə, bu cür beynəlxalq şirkətlərin Azərbaycan bazarına cəlb olunması eyni zamanda trafikin ləngiməsini aradan qaldıracaq.

Son xəbərlər

Orphus sistemi