Azərbaycanda kosmik fəaliyyətin subyektləri müəyyən olunur

Azərbaycanda kosmik fəaliyyətin subyektləri müəyyən olunur Azərbaycanda fiziki və hüquqi şəxslər, dövlət orqanları (qurumları) kosmik fəaliyyəti kosmik operator vasitəsilə həyata keçirəcəklər.
İKT
11 May , 2023 11:18
Azərbaycanda kosmik fəaliyyətin subyektləri müəyyən olunur

Azərbaycanda fiziki və hüquqi şəxslər, dövlət orqanları (qurumları) kosmik fəaliyyəti kosmik operator vasitəsilə həyata keçirəcəklər.

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin adından Milli Məclisə təqdim olunmuş, Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan "Kosmik fəaliyyət haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, kosmik fəaliyyətin həyata keçirilməsinə kosmik operatorla bağlanan müqavilə əsasında xarici kosmik operatorun cəlb edilməsinə yol verilir.

Kosmik fəaliyyətin subyektləri beynəlxalq təşkilatların, xarici dövlətlərin və digər xarici şəxslərin kosmik obyektlərini və kosmik sənaye obyektlərini bu Qanunun məqsədləri üçün icarəyə, kirayəyə, əvəzsiz istifadəyə götürmək hüququna malikdirlər.

Reyestrdə qeydiyyata alınmış kosmik obyektin digər dövlətin hava məkanında uçuşu Müqaviləyə və Azərbaycanın tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsasən tənzimlənir.

Son xəbərlər

Orphus sistemi