Azərbaycanda "Kibermüharibə" yarışının II mərhələsinin qalibləri məlum olub

Azərbaycanda "Kibermüharibə" yarışının II mərhələsinin qalibləri məlum olub Azərbaycanda dövlət qurumlarının, bankların, kritik infrastrukturların, provayder və operatorların eyni zamanda təhsil müəssisələrinin 31 komanda ilə qatıldığı "Kibermüharibə" yarışının II baza keçid mərhələsi başa çatıb.
İKT
30 Sentyabr , 2023 13:30
Azərbaycanda Kibermüharibə yarışının II mərhələsinin qalibləri məlum olub

Azərbaycanda dövlət qurumlarının, bankların, kritik infrastrukturların, provayder və operatorların eyni zamanda təhsil müəssisələrinin 31 komanda ilə qatıldığı "Kibermüharibə" yarışının II baza keçid mərhələsi başa çatıb.

Bu barədə "Report"a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib.

İkinci mərhələdə əldə etdikləri nəticələrə uyğun olaraq ən yüksək nəticə göstərmiş komandaların sıralaması aşağıdakı kimidir:

1. Prezidentin İşlər İdarəsi - "0x5041"
2. "Global Service Provider" - "NetVault31337"
3. Bakı Ali Neft Məktəbi - "Squadron"
4. "Azercell Telecom" MMC - "CyberCell"
5. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi) - "ACC Predators"
6. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi - "Digital Rangers"
7. "PAŞA Bank" ASC - "Old School"
8. "Kapital Bank" ASC - "CyberKapitalists"
9. "Express Bank" ASC - "Xpr3ss1337"
10. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi - "AS4NS3C"
11. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - "KiberDost"
12. Azərbaycan Mərkəzi Bankı - "CBAR_Team"
13. Prezidentin Təhlükəsizlik Xidməti - "Iron Fist"
14. "PASHA Technology" MMC - "This is the way"
15. Müdafiə Nazirliyi - "MoD of Azerbaijan"
16. Dövlət Neft Şirkəti - "UEIB"
17. Fövqəladə Hallar Nazirliyi - "1 Group"
18. Dövlət Gömrük Komitəsi - "Customs"
19. Azərbaycan İnvestisiya Holdinqi - "AİH"
20. "Unibank" ASC - "UniCyberWarriors"

20, 21 və 22-ci yerləri eyni xal hesabı ilə bölüşən "Unibank", "AFB Bank" və "Azerconnect" MMC komandaları I və II mərhələlərdə eyni xal topladığından, növbəti mərhələyə vəsiqəni II mərhələdə qarşıya qoyulan tapşırıqları daha sürətli həll edən "Unibank" komandası qazanıb.

21. "AFB Bank" ASC – “AzeIntruders”
22. "Azerconnect" - "CevahirTeam"
23. "Simbrella Bakı" MMC - "SIMOPS"
24. "Azintelecom" MMC - "Seclusion"
25. İqtisadiyyat Nazirliyi - "Cyber Force"
26. Ədliyyə Nazirliyi - "CyberJustice"
27. Elm və Təhsil Nazirliyi - "TechLockDown"
28. French-Azerbaijani University - UFAZ - "CyberSiege"
29. ADA Universiteti - "Firewall Force"
30. Səhiyyə Nazirliyi - "SN"
31. "Azər-Türk Bank" ASC - “Bastion”

Digər komandaların nəticələri ilə müqayisədə nisbətən aşağı nəticə göstərmiş son 11 komandanın hazırkı “Kibermüharibə” yarışındakı mübarizəsi sona çatıb.
Xatırladaq ki, “Kibermüharibə” yarışını I mərhələdə dayandıran komandalar aşağıdakılar idi:

32. Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar Nazirliyi - "Alinja-Gala Cyber Wizards"
33. "Xalq Bank" ASC - "XSecurity"
34. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi - "ADSEA"
35. Azərbaycan Texniki Universiteti - "AzTu-SEC"
36. Azərbaycan Dövlət Pedaqoji Universiteti - "Müəllimlər"
37. "Muğan Bank" ASC - "MuganSec"
38. "Bank BTB" ASC
39. Şirvan Şəhər İcra Hakimiyyəti - "BRAVE"
40. Baş Prokurorluq
41. Dövlət Sərhəd Xidməti

Növbəti mərhələyə vəsiqə qazanmış 20 komandanın final yarışı fiziki məkanda – "Bakı Konqres Mərkəzi" MMC-də CIDC-2023 tədbirləri çərçivəsində "kibermüharibə" şəraitində baş tutacaq.

Son xəbərlər

Orphus sistemi