Bakı. 5 dekabr. REPORT.AZ/ "Azərbaycan, İran, Rusiya və Türkiyənin rabitə nazirlərinin növbəti görüşü gələn ay İranda keçiriləcək".
“Report” xəbər verir ki, bunu İranın rabitə naziri Məhəmməd Cavad Cəhromi deyib.
Onun sözlərinə görə, görüşdə Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi ilə bağlı danışıqlar əsas müzakirə mövzusu olacaq.
İranlı nazir iki ölkə arasında poçt sahəsindəki əməkdaşlıqdan da danışıb: “Bu sahədə əməkdaşlıq qurulub və bunu inkişaf etdirmək niyyətindəyik. Xüsisilə maliyyə poçtu xidmətlərinin inkişafını nəzərdə tuturuq”.