Azərbaycan "TikTok"la əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan "TikTok"la əməkdaşlıq imkanlarını müzakirə edib Azərbaycan "TikTok" şirkəti ilə əməkdaşlıq imkanlarını müzakirə edib.
İKT
17 Yanvar , 2024 16:36
Azərbaycan TikTokla əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan "TikTok" şirkəti ilə əməkdaşlıq imkanlarını müzakirə edib.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, Davos İqtisadi Forumu çərçivəsində "TikTok" şirkətinin vitse-prezidenti Helena Lerş (Helena Lersch) ilə görüşüb.

"Görüşdə Azərbaycanda startap ekosisteminin inkişafı istiqamətində görülən işlər, "TikTok Startap Akademiyası"nın fəaliyyəti, sosial platformaların biznesin potensialının təqdim edilməsi üçün əhəmiyyəti və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb", - M. Cabbarov qeyd edib.

Son xəbərlər

Orphus sistemi