Azərbaycan startapları Silikon Vadisində top pre-akseleratorda 3-cü yeri tutdu

İKT
  • 18 iyun, 2020
  • 07:46
Azərbaycan startapları Silikon Vadisində top pre-akseleratorda 3-cü yeri tutdu

Azərbaycan startapları - "ABC Planet” və “Vriendly” müxtəlif ölkələrdən olan 150 komanda arasında yaddaqalan nəticə ilə “Draper University”nin keçirtdiyi onlayn proqramın məzunları olub. 

"Report" bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasoyalar Agentliyinə istinadən xəbər verir. 

Məlumata görə, həmtəsisçi və CEO Ülvi Həsənlinin simasında təmsil edilən “Vriendly” startapı (https://www.vriendly.co/) TOP 25 komanda siyahısına daxil olub. Həmtəsisçi və CEO Cəmil İslamovun simasında təmsil olunan “ABC Planet” (https://abcplanet.org/) startapı isə TOP 3 ən güclü və perspektivli startap siyahısında yer alaraq “Draper University”-nin dəstəyi ilə investisiya almaq imkanını qazanıb. Artıq ABŞ-ın bir neçə nüfuzlu vençur fondu startaplara investisiya etmək üçün müraciət edib.

"ABC Planet" bu ilin may ayında İnnovasiyalar Agentliyinin nəznində fəaliyyət göstərən Barama Pre-akselerasiya proqramını bitirən 5 startapdan biridir. Daha sonra İnnovasiyalar Agentliyinin tərəfdaşı olan beynəlxalq “Scaleink” biznes akselerator platformasına onlayn formada qəbul oldunub. “Scaleink” (https://www.scaleink.com/) tərəfindən təqdim edilən mentor dəstəyi nəticəsində “Draper University”-nin proqramına qoşularaq ilk üçlükdə yer ala biliblər. Hazırda "ABC Planet" və “Vriendly” startapları “Scaleink” platformasında intensiv mentor dəstəyi almağa davam edirlər.

“Scaleink” startaplara əsaslı və möhkəm özüllər üzərində inkişafı və hər bir biznes üçün individual yanaşmanı təmin edən platformadır və “Draper University”-nin Azərbaycan üzrə tərəfdaşıdır.

Hazırda platformada startapları möhkəm inkişaf yolu ilə təmin edən, onlara dünyanın müxtəlif yerlərindən olan mentorlar vasitəsi ilə peşəkar biznes və texniki dəstək göstərən, həmçinin maliyyə bazarlarına çıxışlarını təmin edən 2 proqram mövcuddur.

Bunlar: Pre-akselerasiya və akselerasiya proqramlarıdır.

Beləliklə, İnnovasiyalar Agentliyi və “Scaleink” platformasından aldıqları birgə dəstək və hazırlıq nəticəsində “ABC Planet” və “Vriendly” Silikon Vadisində yerləşən “Draper University”-nin ilk azərbaycanlı məzunları olub. 

44 filmi