Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə martda 119-cu olub

Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə martda 119-cu olub Bu ilin mart ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünyada 119-cu yerdə qərarlaşıb ki, bu da fevral ayı ilə müqayisədə 3 pillə irəliləmə deməkdir. Ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 19,93 MB/S olub.
İKT
19 Aprel , 2022 09:38
Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə martda 119-cu olub

Bu ilin mart ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünyada 119-cu yerdə qərarlaşıb ki, bu da fevral ayı ilə müqayisədə 3 pillə irəliləmə deməkdir. Ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 19,93 MB/S olub.

Bu barədə "Report" “Speedtest Global Index”ə istinadən xəbər verir.

Sabit genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 182 ölkəsində araşdırma aparılıb. İlk yerdə Sinqapur (197,97 MB/S), sonuncu yerdə isə Əfqanıstan (1,83 MB/S) qərarlaşıb.

Bundan başqa, martda Azərbaycan mobil internetin sürətinə görə digər ölkələr arasında 2 pillə geriləyib və 30,40 MB/S sürətlə 63-cü pillədə qərarlaşıb.

Mobil operatorlarla bağlı siyahıda isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 135,35 MB/S sürətlə birinci, Fələstin isə 4,89 MB/S sürətlə sonuncu 142-ci olub.

Son xəbərlər

Orphus sistemi