Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünya reytinqində irəliləyib

Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünya reytinqində irəliləyib Bu ilin sentyabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 181 ölkə arasında 29,29 MB/S sürətlə 119-cu yerdə qərarlaşıb.
İKT
17 Oktyabr , 2023 12:41
Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünya reytinqində irəliləyib

Bu ilin sentyabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 181 ölkə arasında 29,29 MB/S sürətlə 119-cu yerdə qərarlaşıb.

"Report" “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bu göstərici üzrə Azərbaycan avqust ayı ilə müqayisədə 1 pillə irəliləyib.

Sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri Çinin Xüsusi Administrativ Regionu (SAR) olan Hong Kong (265,17 MB/S), axırıncı yeri isə Kuba (2,13 MB/S) tutub.

Məlumata görə, Azərbaycan sentyabrda mobil internetin sürətinə görə isə 141 ölkə arasında 44,88 MB/S sürətlə 56-cı yerdə qərarlaşıb. Bu isə, avqusta nisbətən 2 pillə geriləmə deməkdir.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (211,58 MB/S), sonuncu - 141-ci yeri isə Əfqanıstan (4,89 MB/S) tutub.

Bundan başqa, sentyabrda Bakı şəhəri mobil internetin sürətinə görə 1 pillə irəliləyərək 46,73 MB/S sürətlə 169 şəhər arasında 72-ci yerə sahiblik edib.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri 255,07 MB/S sürətlə Dubay şəhəri, sonuncu yeri isə 4,73 MB/S sürətlə Əfqanıstanın paytaxtı Kabil şəhəri tutub.

Azərbaycan paytaxtı sabit genişzolaqlı internetin sürətinə görə isə 29,52 MB/S sürətlə 140-cı pillədə qərarlaşıb ki, bu da 1 pillə irəliləməkdir.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində isə 190 şəhər rəqabət aparıb. Siyahıya BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhəri 270,24 MB/S sürətlə liderlik edib. Kubanın paytaxtı Havana şəhəri isə 2,13 MB/S sürətlə sonuncu olub.

Son xəbərlər

Orphus sistemi