Azərbaycan rəqəmsal texnologiyaların inkişafı üzrə lider ölkələr sırasındadır

Azərbaycan rəqəmsal texnologiyaların inkişafı üzrə lider ölkələr sırasındadır Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan hökumətdə informasiya texnologiyalarının tətbiqi sahəsində top-20 ölkələr arasında yer alıb.
İKT
19 Noyabr , 2018 12:02
Azərbaycan rəqəmsal texnologiyaların inkişafı üzrə lider ölkələr sırasındadır
0 : 00
0 : 00

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan hökumətdə informasiya texnologiyalarının tətbiqi sahəsində top-20 ölkələr arasında yer alıb.

"Report" xəbər verir ki, "BusinessInsider" yaxın gələcəkdə hökumətin tamamilə rəqəmli texnologiyalara keçə biləcəyi ölkələrin reytiniqini tərtib edib.

Ümumilikdə, reytinqdə 28 ölkə daxil edilib, Azərbaycan 19-cu sırada qərarlaşıb.

Qeyd olunur ki, reytinq Dünya İqtisadi Forumu tərəfindən nəşr olunan Qlobal Rəqabətlilik İndeksinə əsasında tərtib olunub.

Reytinq tərtib olunarkən ölkə qanunvericiliyinin rəqəmsal biznes-modellərə nə dərəcədə tez uyğunlaşması, hökumətin biznes üçün sabit siyasi mühiti nə dərəcədə təmin etməsi, hökumətin yeni texnologiyalara nə dərəcədə effektiv reaksiya göstərməsi və onun bu baxımdan nə dərəcədə uzaqgörən olması kimi kriteriyalar nəzərə alınıb.

Qeyd edək ki, reytinqdə birinci yeri Sinqapur tutub. İlk üçlükdə həmçinin Lüksemburq və ABŞ qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi