Azərbaycan mobil internetin sürətinə görə bir pillə geriləyib

İKT
  • 25 mart, 2022
  • 07:12
Azərbaycan mobil internetin sürətinə görə bir pillə geriləyib

2022-ci ilin fevral ayında Azərbaycan mobil internetin sürətinə görə digər ölkələr arasında 1 pillə geriləyib və 30,85 MB/S sürətlə 61-ci pillədə qərarlaşıb.

Bu barədə "Report" “Speedtest Global Index”ə istinadən xəbər verir.

Məlumatda deyilir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünyada 122-ci yerdə qərarlaşıb ki, bu da yanvar ayı ilə eynidir. Fevralda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 18,87 MB/S olub.

Sabit genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 180 ölkəsində araşdırma aparılıb. Birinci yerdə Çili (197,59 MB/S), sonuncu yerdə isə Əfqanıstan (1,63 MB/S) qərarlaşıb.

Mobil operatorlarla bağlı siyahıda isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 133,51 MB/S sürətlə birinci, Fələstin isə 5,34 MB/S sürətlə sonuncu 138-ci yerdə qərarlaşıb.

Son xəbərlər

Bütün Xəbər Lenti