Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı nəzdində İpoteka Fondu (AİF) inzibati binasında simsiz ünvanlı yanğın siqnalizasiya sisteminin qurulması üzrə mal və xidmətlərin alınması ilə bağlı tender elan edib. Bu barədə "Report"a AİF-in Satınalmalar Komissiyasından məlumat verilib.
Məlumata görə, satınalma üzrə ilkin sənədlər iyulun 9-dək, təklif zərfləri isə iyulun 23-dək qəbul ediləcək. Məsələ üzrə zərflər iyulun 24-də AİF-in Bakı şəhəri Bülbül prospekti, 40 ünvanında yerləşən inzibati binasında saat 15:00-da açılacaq.