Azərbaycan apreldə sabit genişzolaqlı internetin sürətinə görə 2 pillə irəliləyib

Azərbaycan apreldə sabit genişzolaqlı internetin sürətinə görə 2 pillə irəliləyib Bu ilin aprel ayında Azərbaycan sabit genişzolaqlı internetin median sürətinə görə 180 ölkə arasında 28,83 MB/S sürətlə 116-cı yerdə qərarlaşıb.
İKT
23 May , 2023 11:33
Azərbaycan apreldə sabit genişzolaqlı internetin sürətinə görə 2 pillə irəliləyib

Bu ilin aprel ayında Azərbaycan sabit genişzolaqlı internetin median sürətinə görə 180 ölkə arasında 28,83 MB/S sürətlə 116-cı yerdə qərarlaşıb.

"Report"Speedtest Global Index”ə istinadən xəbər verir ki, bu, əvvəlki ayla müqayisədə 2 pillə irəliləmək deməkdir.

Sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri Sinqapur (242,01 MB/S), sonuncu yeri isə Kuba (1,97 MB/S) tutub.

Məlumata görə, ölkəmiz apreldə mobil internetin sürətinə görə 138 ölkə arasında 39,12 MB/S sürətlə 58-ci yerdə qərarlaşıb. Bu isə mart ayına nisbətən 4 pillə geriləmə deməkdir.

Mobil internetin sürətinə görə birinci yeri Qətər (189,98 MB/S), sonuncu - 138-ci yeri isə Yəmən (3,98 MB/S) tutub.

Bundan başqa, apreldə Bakı şəhəri mobil internetin sürətinə görə 1 pillə geriləyərək 41,10 MB/S sürətlə 171 şəhər arasında 74-cü yerə sahiblik edib.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri 199,28 MB/S sürətlə Qətərin Ər-Rəyyan şəhəri, sonuncu yeri isə 4 MB/S sürətlə Əfqanıstanın paytaxtı Kabil şəhəri tutub.

Azərbaycan paytaxtı sabit genişzolaqlı internetin sürətinə görə isə 30,93 MB/S sürətlə 136-cı pillədə qərarlaşıb ki, bu da 1 pillə irəliləməkdir.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində isə 192 şəhər rəqabət aparıb. Siyahıya Çinin paytaxtı Pekin 260,14 MB/S sürətlə liderlik edib. Kubanın paytaxtı Havana şəhəri isə 1,88 MB/S sürətlə sonuncu olub.

Son xəbərlər

Orphus sistemi