Avropa şirkətləri etibar etdikləri məhsulların Azərbaycanda istehsal olunmamasından şikayətlənirlər

İKT
  • 05 iyun, 2018
  • 09:18
Avropa şirkətləri etibar etdikləri məhsulların Azərbaycanda istehsal olunmamasından şikayətlənirlər
Report

Bakı. 5 iyun. REPORT.AZ/ Azərbaycanda yerli təchizatçılar beynəlxalq şirkətlərlə müqayisədə rəqabət üstünlüyünə malik deyil.

"Report" xəbər verir ki, bu fikir Azərbaycan - Avropa İttifaqı biznes forumunun hesabatında bildirilir.

Hesabat Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqı şirkətlərinin ölkədəki biznes mühiti barədə sorğusu əsasında hazırlanıb.

Hesabatda qeyri məmnunluğun əsas səbəbləri açılqanıb. Belə ki, Avropa İttifaqı ölkələri şirkətlərinin 22 faizi bildirir ki, qeyri məmnunluğun əsas səbəblərindən biri etibar etdikləri məhsulların yerli istehsalının olmamasıdır. 19 faiz yerli təchizatçıların keyfiyyət standartlarına cavab verməməsini, 16 faiz yerli təchizatçıların müvafiq bacarıq və imkanlara malik olmaması, 11 faizi yerli təchizatçıların qeyri peşəkarlığı, 11 faizi isə yerli təchizatçıların etibarsızlığını qeyd edib.

44 filmi