ARDNF-in 20 illiyinə həsr edilmiş poçt markaları buraxılıb
İKT
- 10 sentyabr, 2019
- 13:14
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (NRYTN) məxsus “Azərmarka” MMC Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 20 illiyinə həsr edilmiş poçt markalarını tədavülə buraxıb.
Bu barədə "Report"a Nazirlikdən məlumat verilib.
Buraxılış 6 markadan ibarət kiçik vərəq şəklində hazırlanıb. Vərəqin ölçüsü 142x123 mm, markanın ölçüsü 28x40 millimetrdir. Markanın üzərində ARDNF-in loqotipi və “20 il. Azərbaycan Respublikası Dövlət Neft Fondu. 1999-2019” sözləri yazılıb. Arxa fonda qrafik şəkildə ARDNF-in binası, neft nasosu və neft buruğu təsvir olunub.
Dizayneri Nəriman Məmmədzadə olan poçt markaları 80 000 ədəd tirajla Belarusun Bobruysk şəhərində çap olunub, həmçinin 600 ədəd Birinci gün zərfi və xüsusi xatirə möhürü də hazırlanıb.
Son xəbərlər
00:32
Bakı metrosunda qatarda texniki nasazlıq qeydə alınıb
Hadisə00:20
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb
İnfrastruktur00:14
Rubio AK-nın "X"i cərimələməsini Amerika xalqına qarşı hücum adlandırıb
Digər ölkələr23:53
Video
"Xalisa faciəsində 11 soydaşımız işgəncələrlə öldürülüb" - Qərbi Azərbaycan Xronikası
Daxili siyasət23:44
Almaniyada minlərlə məktəbli yeni hərbi xidmət qanununa etiraz edib
Digər ölkələr23:37
Belarus nüvə enerjisi istehsalını genişləndirir
Digər ölkələr23:15
UEFA Çempionlar Liqası: "Araz-Naxçıvan" 1/8 final mərhələsinin cavab matçında da məğlub olub
Futbol23:07
Foto
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
Futbol23:01