“Apple” dənizdə şüşəli satış mərkəzi açır

“Apple” dənizdə şüşəli satış mərkəzi açır Sinqapurda “Apple” şirkətinin dənizdə şüşəli satış mərkəzi açılır.
İKT
8 Sentyabr , 2020 21:05
“Apple” dənizdə şüşəli satış mərkəzi açır

Sinqapurda “Apple” şirkətinin dənizdə şüşəli satış mərkəzi açılır.

“Report” şirkətin məlumatına istinadən xəbər verir ki, “Apple Marina Bay Sands” adlı satış mərkəzi Marina Bay körfəzində yerləşir və 10 dayaq üzərində bərqərar olmaqla bütövlükdə şüşədən inşa olunub.

Şüşəli gümbəzindən günəş işığının düşdüyü bu qurğunun daxili tərtibatı taxta və metaldan hazırlanıb, satış salonunda isə təbii ağaclar əkilib.

Yeni satış mərkəzi sentyabrın 10-dan fəaliyyət göstərəcək.

Son xəbərlər

Orphus sistemi