AMB proqram təminatı almaq üçün tender keçirir

İKT
  • 31 yanvar, 2017
  • 06:44
AMB proqram təminatı almaq üçün tender keçirir

Bakı. 31 yanvar. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) kompüter, server, şəbəkə avadanlıqları və proqram təminatlarının satın alınması məqsədilə açıq tender elan edib.

"Report" bu barədə Bankın tender elanına istinadən xəbər verir.

Tender proseduru 15 mart 2017-cı il saat 15:00-da Mərkəzi Bankın inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 90) keçiriləcək.

Tenderdə iştirak etmək üçün iddiaçı tenderdə iştirak üçün yazılı müraciət, iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri, tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd, tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı sənədləri təqdim etməlidir.

İddiaçının son 1 ildəki maliyyə vəziyyəti barədə bank arayışı, Azərbaycanda vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi üzrə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında, habelə satınalma prosedurlarında iştirak etmək üçün müvafıq vergi orqanından arayış (xarici iddiaçılar tərəfindən məlumat), iki nüsxədə Azərbaycan dilində tender təklifi, tender təklifinin qiymətinin 1 bir % məbləğində bank təminatı, Bakı şəhərində servis xidmətinin mövcudluğunu təsdiq edən məlumat, iddiaçının müvafiq sahədə korporativ müştəriləri və son 1 bir il üzrə iş təcrübəsini əks etdirən məlumatlar və digər məlumatlar və sənədlər də təqdim edilən sənədlər siyahısında yer alır.

İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 14 mart 2017-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 2 mart 2017-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 90 nömrəli ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir.

Tenderdə iştirak haqqı 200 manatdır.

Kompüter, server, şəbəkə avadanlıqları və proqram təminatları tender üzrə satınalma müqaviləsi imzalandığı gündən ən geci 30 bank günü ərzində AMB-nin inzibati binasında təyin edilmiş yerə təhvil verməlidir.