Altı ölkədə "Instagram" istifadəçiləri paylaşımlarına gələn bəyənmə sayını görməyəcəklər.
Bu barədə "Report" "Lenta.Ru"ya istinadən xəbər verir.
"TechCrunch"ın məlumatına görə, bu yenilik "Instagram" profillərinin sahiblərinə digər istifadəçilər tərəfindən bəyənmə almaq "dalınca qaçmamağa" imkan verəcək.
Yenilik Avstraliya, Braziliya, İtaliya, İrlandiya, Yeni Zelandiya və Yaponiyada keçərlidir. Yeni dizaynı sınaqdan keçirən ilk ölkə Kanada olub. Bəyənmə saylarının göstərilməsi funksiyası yazdan söndürülmüşdü, amma iyul ayının ortalarında bəyənmələr yenidən Kanada istifadəçilərinin "Instagram"ına qayıdıb.
Sosial şəbəkənin istifadəçilərin bəyənmə saylarını gizlətmək planları barədə aprel ayında məlum olub. "Instagram" səlahiyyətliləri istifadəçilərin nə qədər "like" toplamaq yox, öz yazdıqları mesajlara diqqət yetirmələrini istəyir.
Qeyd edək ki, 2018-ci ilin məlumatına əsasən, "Instagram"da 1,1 milyard adam qeydiyyatdan keçib.