"Alibaba" Avropada ilk elektron ticarət platformasını açıb

"Alibaba" Avropada ilk elektron ticarət platformasını açıb Bakı. 6 dekabr. REPORT.AZ/ Çinin internet nəhəngi Alibaba Avropa bazarında ilk beynəlxalq elektron ticarət platformasını açıb.
İKT
6 Dekabr , 2018 12:15
Alibaba Avropada ilk elektron ticarət platformasını açıb
0 : 00
0 : 00

Bakı. 6 dekabr. REPORT.AZ/ Çinin internet nəhəngi "Alibaba" Avropa bazarında ilk beynəlxalq elektron ticarət platformasını açıb.

"Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat verib.

Platformanın vəzifəsi uzunmüddətli transsərhəd ticarətinin təşviqidir.

Açılış mərasimi Belçikanın Lyej şəhərində keçirilib. Tədbirdə ölkənin Baş naziri Şarl Mişel, həmçinin Çinin Brüsseldəki səfiri Tsao Çjunmun iştirak ediblər. 

Sazişi Belçika Baş nazirinin müavini Kris Piters və "Alibaba"nın baş direktoru Ceyms Sun imzalayıblar.

Proqnozlara əsasən, yeni elektron platforma müvafiq infrastrukturla birlikdə yaxın beş ildə Çinə 200 milyard dollar dəyərində Avropa məhsulları idxalını təmin edəcək.

Son xəbərlər

Orphus sistemi