"Acer" Azərbaycanda biznesini inkişaf etdirmək niyyətindədir

"Acer" Azərbaycanda biznesini inkişaf etdirmək niyyətindədir Bakı. 18 sentyabr. REPORT.AZ/ Acer şirkəti Azərbaycanda biznesini inkişaf etdirmək niyyətindədir. Ölkədə biznesin inkişafı üçün potensial mövcuddur. Şirkət Azərbaycana hər zaman xüsusi diqqət ayırmağa davam edəcək.
İKT
18 Sentyabr , 2018 10:49
Acer Azərbaycanda biznesini inkişaf etdirmək niyyətindədir
0 : 00
0 : 00

Bakı. 18 sentyabr. REPORT.AZ/ "Acer" şirkəti Azərbaycanda biznesini inkişaf etdirmək niyyətindədir. Ölkədə biznesin inkişafı üçün potensial mövcuddur. Şirkət Azərbaycana hər zaman xüsusi diqqət ayırmağa davam edəcək.

“Report”un verdiyi xəbərə görə, bu barədə şirkətin Avropa, Yaxın Şərq və Afrika regionu üzrə vitse-prezidenti Qriqori Nizovski azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib. 

Onun sözlərinə hər bir ölkədə biznesin inkişafı üçün potensialı əhalinin alıcılıq qabiliyyəti xarakterizə edir. Azərbaycanda da alıcılıq qabiliyyəti yaxşıdır.

“Xalqlar bir-birindən fərqlənirlər. Azərbaycanlılar bəzi xarakterlərinə görə ruslara oxşayırlar. Bu insanların digərlərindən fərqlənən məhsullar xoşlarına gəlir. Orada adamlar yeni ideyalar axtarışındadır. Belə bazarda işləmək isə maraqlıdır”, - deyə o, qeyd edib. 

Buna baxmayaraq, şirkət yaxın vaxtlarda Azərbaycanda rəsmi ticarət nümayəndəliyi açmağı planlaşdırmır.

“Hazırda Azərbaycanda nümayəndəmiz var. Düşünürəm ki, hələki biz bu formatda işləyəcəyik. Bununla yanaşı, bizim ölkədə rəsmi tərəfdaşlarımız var və onlar bizimlə birlikddə biznesi inkişaf etdirirlər. Qeyd etmək istəyirəm ki, ölkədə iki xidmət mərkəzimiz- “Bestcomp” və “DiVi” var və onlar lazım olduğu təqdirdə bizim məhsullara satışdan sonra xidmət göstərirlər.”-deyə, vitse-prezident qeyd edib.

Şirkət rəsmisi ölkədə qonşu Gürcüstandakı kimi böyük layihələr olmadığını vurğulayıb: "Hazırda Azərbaycan təhsil sahəsində layihələr o qədər çox deyil. “Xalq kompüteri” layihəsi var. Bu layihə də uzunmüddətdir ki, uzanır. Biz bu layihə üzrə müəyyən olunmuş həcmdə təminatı təchiz edirik. Lakin Gürcüstandakı kimi böyük layihələr yoxdur ki, həmin layihələrə əsasən illik tenderlər keçirilsin”.

Şirkət rəsmisi bildirib ki, hazırda Azərbaycanda il ərzində 5 min "Acer" brendli stolüstü kompyuter yığılır: "Kompüterlərin yığılması tələbin qarşılanması üçündür. Bizim üçün tələb birincidir. Belə ki, dövlət orqanlarına məhsullarımızı təklif edirik. Təşkilatların sifarişləri əsasında yığım edirik. Kompüteri bizim tərəfdaşımız yığır. Biz sadəcə texniki dəstək veririk.”

Qeyd edək ki, 2015-ci ildən Azərbaycanın kompüter avadanlığı istehsalçısı KÜR Tayvanın "Acer" şirkətinin brendi altında Mingəçevirdə kompüter istehsalına başlayıb. Belə ki, Mingəçevir texnoparkının rezidenti "HI-Tech Invest"  bu kompüter avadanlıqlarının istehsalını üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi