​ABŞ-ın "Netflix" video xidməti Azərbaycanda fəaliyyətə başlayıb

​ABŞ-ın "Netflix" video xidməti Azərbaycanda fəaliyyətə başlayıb Baş direktor: "Netflix"dən istifadənin Azərbaycan sakinləri üçün də mümkün olduğunu xəbər verməyimə şadam"
İKT
237
7 Yanvar , 2016 00:43
​ABŞ-ın Netflix video xidməti Azərbaycanda fəaliyyətə başlayıb

Bakı. 7 yanvar. REPORT.AZ/ "Netflix" striminq video xidməti yanvarın 6-dan etibarən Azərbaycanda öz xidmətlərini təqdim etməyə başlayıb.

"Report" "Forbes"ə istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Rid Hastinqs Las-Veqasda "Consumer Electronics Show" (CES) texnologiya sərgisində çıxışı zamanı məlumat verib.

" "Netflix"dən istifadənin Azərbaycan, Vyetnam, Hindistan, Nigeriya, Polşa, Rusiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Cənubi Koreya, Türkiyə və İndoneziya sakinləri üçün də mümkün olduğunu xəbər verməyimə şadam", — deyə Hastinqs qeyd edib.

O əlavə edib ki, xidmət yanvarın 6-da dünyanın 130 ölkəsində istifadəyə verilib.

Şirkətin Avropada kommunikasiyalar üzrə vitse-prezidenti Coris Evers bildirib ki, istifadəçilər saytın ingilisdilli interfeysindən yararlana biləcəklər.

"Biz ödənişləri bank kartları ilə qəbul edirik", — deyə o "Sputnik" agentliyinə bildirib.

Amerikanın "Netflix" striminq video xidməti abunə olmaq yolu ilə film və serialların nümayişini təqdim edir. 1997-ci ildə təsis olunan şirkət ABŞ, Latın Amerikası və Avropada (Danimarka, İrlandiya, Niderland, Almaniya, İsveç və s) fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi