ABŞ-da istifadəçilər “Facebook”u məhkəməyə verib
İKT
- 28 mart, 2018
- 07:22
Bakı. 28 mart. REPORT.AZ/ “Facebook Messenger” mobil tətbiqinin 3 istifadəçisi “Facebook” sosial şəbəkəsinə qarşı məhkəmə iddiası qaldırıb. İstifadəçilər şirkəti onların şəxsi məlumatlarını yaymaqda ittiham edirlər.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
İddia ərizəsi ABŞ-ın Kaliforniya ştatının məhkəməsinə verilib. "Facebook"da dəymiş zərərin kompensasiya edilməsi tələb olunur. Bununla belə, zərərin məbləği açıqlanmayıb. “Facebook” hələlik bu iddia ilə bağlı heç bir şərh verməyib.
Xatırladaq ki, ötən həftə “Facebook”un "Android" istifadəçilərinin zəngləri və SMS-ləri barədə məlumat topladığı məlum olub. Sosial şəbəkə bəyan edib ki, məlumat yalnız istifadəçilərin razılığı əsasında toplanılır və 3-cü şəxsə ötürülmür.
Son xəbərlər
06:49
Börnhemin dəftərxanası "SCALP" istehsalı üçün məxfi məlumatların Kiyevə veriləcəyini açıqlayıb
Digər ölkələr06:16
Nevada ştatında meşə yanğınları səbəbindən təxliyə elan edilib
Digər ölkələr05:50
"Mançester Siti" 18 yaşlı mərakeşli yarımmüdafiəçini 100 milyon avroya transfer edib
Futbol05:11
Qvineyada zibil yığınının sürüşməsi nəticəsində onlarla şəxs həlak olub
Digər ölkələr04:45
Almaniya rekord dövlət borcuna görə yüksək kredit reytinqini itirə bilər
Maliyyə04:08
Tramp ABŞ-nin çip idxalından imtina planları barədə danışıb
Digər ölkələr03:44
Norveç Kralı V Haraldın vəziyyəti kəskin şəkildə pisləşib
Digər ölkələr03:05
SANA: İsrail və Suriyanın yüksək səviyyəli nümayəndə heyətləri deeskalasiyanı müzakirə edib
Digər ölkələr02:42