İyunun 2-də ABŞ-ın Azərbaycandakı səfirliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN), “Mars Academy”nin dəstəyi ilə Bakıda innovasiya festivalı və bu çərçivədə “TechFest” sərgisi keçirilib.
“Report”un məlumatına görə, bununla bağlı keçirilən mətbuat konfransında ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri Heidi Smit açıqlama verib.
Onun sözlərinə görə, sərgidə ilk dəfə “İdeyadan Biznesə - İ2B Junior” layihəsinin təqdimatı olub.
H.Smit qeyd edib ki, Azərbaycanda innovasiyalar və startapların inkişafı diqqət mərkəzindədir: “Bu çox sevindiricidir ki, NRYTN bu sahənin inkişafında fəal iştirak edir. Bu prosesdə biz də yaxından iştirak etməyi planlaşdırırıq”.