Azərbaycanda 17-ci Milli İnternet Mükafatı müsabiqəsi başlayıb

Azərbaycanda 17-ci Milli İnternet Mükafatı müsabiqəsi başlayıb Bu gün Azərbaycanda 17-ci Milli İnternet Mükafatı müsabiqəsi - NETTY2022 Milli İnternet Mükafatı başlayıb.
İKT
1 Noyabr , 2022 09:14
Azərbaycanda 17-ci Milli İnternet Mükafatı müsabiqəsi başlayıb

Bu gün Azərbaycanda 17-ci Milli İnternet Mükafatı müsabiqəsi - NETTY2022 başlayıb.

2004-cü ildən keçirilən ETTY hər il Azərbaycanın ən yaxşı internet saytlarını, tətbiqlərini, sosial resurslarını müəyyənləşdirir və mükafatlandırır.

Müsabiqə iştirakçılarının ərizələri noyabrın 30-na qədər netty.az saytında qəbul olunur.

Dekabrın 1-dən 7-nə qədər namizədlərin siyahısını formalaşdıran Ekspert Şurasının və Virtual Münsiflər Heyətinin səsverməsi keçiriləcək.

Dekabrın 8-də NETTY Akademiyası namizədlər arasından qalibləri müəyyən etmək üçün səsverməyə başlayacaq.

Elan edilmiş əsas nominasiyalar üzrə hər bir kateqoriya üzrə qaliblər müəyyən ediləcək.

İştirakçıların qiymətləndirilməsi aşağıdakı 3 meyar üzrə aparılır: ideya, məzmun, icra.

Ərizələrin qeydiyyatı ödənişlidir. Noyabrın 1-dən noyabrın 5-nə qədər ödəniş üçün güzəşt müddəti var.

2022-ci ildə NETTY aşağıdakı əsas kateqoriyalar üzrə vebsaytlar, tətbiqlər və sosial səhifələr arasında resursları qiymətləndirəcək:

1. Dövlət və Cəmiyyət

2. İqtisadiyyat və Biznes

3. Maliyyə və Banklar

4. Elm, Təhsil və İnnovasiya

5. Səhiyyə, İdman və Turizm

6. İnformasiya və Xəbərlər

7. Mədəniyyət, İncəsənət və Yaradıcılıq

NETTY2022-nin qalibləri mükafatlandırma mərasimində rəsmi olaraq elan edilir. Müsabiqənin bütün nominantları tədbirə dəvətlidir. Tədbir zamanı müsabiqənin nominantları və qalibləri diplomları və rəsmi NETTY mükafatını, həmçinin müsabiqənin tərəfdaşlarından hədiyyələri əldə edirlər.

Builki mükafatı dəstəkləyən tərəfdaşlar aşağıdakılardır:

Baş tərəfdaş - NAR.

Mükafatın rəsmi tərəfdaşları: DELL, Gulfstream Distribution LLC, SmartHost, Rasul Hasan Studio, Renley şirkətləridir.

Ödəniş sistemi - ePoint

Layihənin informasiya tərəfdaşları: Oxu.az, Media.az, «Каспий» qəzeti, Infocity jurnalı

Mükafatla əməkdaşlıq üçün [email protected] ilə əlaqə saxlamaq olar.

Son xəbərlər

Orphus sistemi