​WADA Pekin laboratoriyasının fəaliyyətinə qadağa qoyub

İdman
  • 22 aprel, 2016
  • 07:01
​WADA Pekin laboratoriyasının fəaliyyətinə qadağa qoyub

Bakı. 22 aprel. REPORT.AZ/ Ümumdünya Antidopinq Agentliyi (WADA) Çinin paytaxtı Pekində yerləşən antidopinq laboratoriyasının fəaliyyətinə qadağa qoyub. "Report"un məlumatına görə, həmin laboratoriya 4 ay müddətində idmançılardan heç bir analiz götürə bilməz.

Bu müddətdə laboratoriyaya uyğunsuzluqları aradan qaldırmaq və iş keyfiyyətini artırmaq tapşırılıb. 4 aya problemlər aradan qalxarsa, yenidən qeydiyyata alması üçün WADA-ya müraciət etmək mümkün olacaq. Hazırda oradakı bütün nümunələr WADA-nın akkreditasiyası olan digər laboratoriyalara köçürülür.

Pekin laboratoriyası dopinq-testlərin iki nəticəsinin saxtalaşdırılması səbəbindən diskvalifikasiyaya məruz qalıb. 2015-ci ilin oktyabrında laboratoriya iki dopinq-testin mənfi nəticəsini saxtalaşdırıb.