Yuxarı

Azərbaycanın yeniyetmə cüdoçuları Polşada keçirilən Avropa kubokunda medallar qazanıblar

Azərbaycanın yeniyetmə cüdoçuları Polşada keçirilən Avropa kubokunda medallar qazanıblar
Turnirdə Azərbaycan milli komandası 17 cüdoçu ilə təmsil olunur
© Cudo.az

Bakı. 21 may. REPORT.AZ/ Polşanın Bielsko Biala şəhərində yeniyetmələr arasında Avropa kubokuna start verilib.

Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, yarışın ilk günü Azərbaycan milli komandası aktivinə iki medal yazdırıb.

Belə ki, 50 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Əli Əsgərzadə və 60 kq çəki dərəcəsində yarışan Davud Abbaslı Avropa kubokunun bürünc medallarına sahib olublar. Ayxan Tanrıverdiyev (55 kq), Qnyaz Mahmudlu (66 kq) və Şəhanə Hacıyeva isə 5-ci yeri tutublar.

Qeyd edək ki, 25 ölkədən 490 yeniyetmə cüdoçunun (284 oğlan, 206 qız) mübarizə apardığı turnirdə Azərbaycan milli komandası 17 cüdoçu (15 oğlan, 2 qız) ilə təmsil olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi