Yuxarı

Yeniyetmə cüdoçularımız Avropa kubokundakı parlaq qələbələrindən danışıblar - VİDEO

Yeniyetmə cüdoçularımız Avropa kubokundakı parlaq qələbələrindən danışıblar - VİDEO
Ramiz Ramizzadə: Yarış Azərbaycan komandası üçün uğurlu keçdi

Bakı. 24 fevral. REPORT.AZ/ "Biz Avropa Kuboku uğrunda yarışa 4-ü qız, 12-i oğlan olmaqla 16 idmançı ilə qatılmışdıq. Yarış Azərbaycan komandası üçün uğurlu keçdi".

"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, bunu baş məşqçi Ramiz Ramizzadə deyib.

O, bildirib ki, yeniyetmə cüdoçularımız qarşıdan gələn yarışlarda bundan da böyük uğurlar əldə edəcəklər. Baş məşqçi federasiya rəhbərliyi tərəfindən hərtərəfli təmin edildiklərini vurğulayıb.

Qeyd edək ki, yeniyetmə cüdoçularımız da Avropa kubokundakı qələbələrindən bəhs ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi