Yuxarı

Voleybolçu qadınlar arasında Avropa çempionu məlum olub

Voleybolçu qadınlar arasında Avropa çempionu məlum olub
Serbiya Hollandiyaya 3:1 hesabı ilə qalib gələrək, qızıl medala yiyələnib

Bakı. 1 oktyabr. REPORT.AZ/ Voleybolçu qadınlar arasında Avropa çempionatının qalibi müəyyənləşib.

"Report"un məlumatına görə, Bakıdakı Milli Gimnastika Arenasında keçirilmiş final görüşündə Serbiya və Hollandiya milliləri üz-üzə gəlib.

Serbiya 3:1 hesabı ilə qalib gələrək, qızıl medala yiyələnib. Hollandiya isə gümüş medalçı olub.

Qeyd edək ki, bürünc medala Türkiyə millisi layiq görülüb. "Ay-ulduzlular" 3-cü yer uğrunda görüşdə Azərbaycan yığmasını 3:1 hesabı ilə yenib.

19:00. Hollandiya - Serbiya - 1:3 (20:25, 22:25, 25:18, 18:25)

Hakimlər: Yuray Mokrıy (Slovakiya), Eldar Zülfüqarov (Azərbaycan)

Milli Gimnastika Arenası.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi