Yuxarı

Voleybol üzrə Azərbaycan yığmasının dünya çempionatının ikinci mərhələsindəki rəqibləri müəyyənləşib

Voleybol üzrə Azərbaycan yığmasının dünya çempionatının ikinci mərhələsindəki rəqibləri müəyyənləşib

Bakı. 4 oktyabr. REPORT.AZ/ Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandasının Yaponiyada keçirilən dünya çempionatının ikinci mərhələsindəki rəqibləri müəyyənləşib.

“Report” xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu komanda növbəti raundda Rusiya, İtaliya, Çin, ABŞ, Tailand, Türkiyə və Bolqarıstanla eyni qrupda mübarizə aparacaq.

Qeyd edək ki, dünya çempionatı 3 mərhələ və pley-offdan (yarımfinal və final) ibarətdir. Birinci mərəhələdə qruplarda ilk 4 yeri tutan 16 komanda növbəti raundda iki qrupa bölünüb. Ən yaxşı nəticəyə malik 3 kollektiv üçüncü mərhələyə vəsiqə qazanacaq. Pley-offa isə ilk 2 yeri tutanlar adlayacaq.

İkinci qrup mərhələsinin oyunlarına oktyabrın 7-də start veriləcək. Sayca 18-ci dünya çempionatına oktyabrın 20-də yekun vurulacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi