Voleybol üzrə Azərbaycan millisi Rusiya klubunu məğlub edib

Voleybol üzrə Azərbaycan millisi Rusiya klubunu məğlub edib Bakı. 14 sentyabr. REPORT.AZ/ Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
Komanda
14 Sentyabr , 2018 18:27
Voleybol üzrə Azərbaycan millisi Rusiya klubunu məğlub edib

Bakı. 14 sentyabr. REPORT.AZ/ Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

"Report" xəbər verir ki, dünya çempionatına hazırlıq məqsədilə keçirilən qarşılaşmada Azərbaycan millisi Rusiyanın "Dinamo" (Krasnodar) klubu ilə üz-üzə gəlib. Voleybol Mərkəzində baş tutan görüş Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan - "Dinamo" (Krasnodar) - 3:0 (25:16, 25:21, 25:22)

Qeyd edək ki, yığma digər yoldaşlıq görüşündə isə Rusiyanın "Uraloçka" komandası ilə qarşılaşacaq. Dünya çempionatı sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyada keçiriləcək.

Son xəbərlər

Orphus sistemi