Bakı. 23 may. REPORT.AZ/ Bu gün Qızıl Avropa Liqasında II turun oyunları keçiriləcək.
"Report"un məlumatına görə, A qrupunda yer alan Azərbaycan yığması bu dəfə Portuqaliya millisini qəbul edəcək.
Voleybol Mərkəzində baş tutacaq görüş saat 18:00-da start götürəcək. Oyunu Saadettin Deneri (Türkiyə) və Fikrət Axundov (Azərbaycan) idarə edəcəklər. Qrupumuzun digər görüşündə isə Bolqarıstanla Ukrayna bir-birini sınağa çəkəcək.
Qeyd edək ki, ilk turda Azərbaycan Ukraynaya 3:1, Bolqarıstan Portuqaliyaya 3:0 hesabı ilə qalib gəlib.
Qızıl Avropa Liqası
18:00. Azərbaycan - Portuqaliya
Hakimlər: Saadettin Deneri (Türkiyə), Fikrət Axundov (Azərbaycan)