Yuxarı

Tunisdə yeniyetmə cüdoçular üçün beynəlxalq təlim-məşq toplantısı keçirilib

Tunisdə yeniyetmə cüdoçular üçün beynəlxalq təlim-məşq toplantısı keçirilib

Bakı. 25 avqust. REPORT.AZ/ Avqustun 20-dən 25-dək Tunisdə Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə yeniyetmə cüdoçular üçün təlim-məşq toplantısı keçiriib.

“Report” xəbər verir ki, 5 gün davam edən toplanışa bu ilin oktyabrında Argentinanın Buenos-Ayres şəhərində baş tutacaq Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya qazanan cüdoçular qatılıb.

Azərbaycanı Tunisdə yeniyetmə cüdoçu Vüqar Talıbov və milli komandanın məşqçisi Zaur Babayev təmsil edib. Məşqləri olimpiya çempionu, üçqat dünya çempionu İlias İliadis və olimpiya çempionu Mark Huizinqa aparıb.

Qeyd edək ki, Yeniyetmələrin Olimpiya Oyunlarında cüdo yarışları 07-10 oktyabr tarixində keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi