Xorvatiyalı futzalçı: "Azərbaycanın Rusiya üzərindəki qələbəsi vəziyyəti daha da çətinləşdirdi"

Xorvatiyalı futzalçı: "Azərbaycanın Rusiya üzərindəki qələbəsi vəziyyəti daha da çətinləşdirdi" Slovakiya ilə oyun dramatik alındı. Ancaq əsas məsələ qələbə qazanmağımız idi. İndi isə səbirsizliklə Rusiya ilə oyunu gözləyirik.
Komanda
1 Fevral , 2020 12:50
Xorvatiyalı futzalçı: Azərbaycanın Rusiya üzərindəki qələbəsi vəziyyəti daha da çətinləşdirdi

"Slovakiya ilə oyun dramatik alındı. Ancaq əsas məsələ qələbə qazanmağımız idi. İndi isə səbirsizliklə Rusiya ilə oyunu gözləyirik".

"Report"un məlumatına görə, bunu Xorvatiyanın futzal millisinin oyunçusu Franko Yelovçiç DÇ-2020-nin elit raundunda bu gün qarşılaşacaqları Rusiya ilə oyunöncəsi açıqlamasında deyib.

O, elit-raundun hər iki görüşündə qələbə qazanmalarına baxmayaraq, məsələnin hələ tam həll olunmadığını bildirib: "Rusiya nominal olaraq qrupun ilkin favoritidir. Lakin bütün komandaların bir-biri ilə oynaya biləcəyini və hər oyunun özü-özlüyündə çətin olduğunu gördük. Bizimlə müqayisədə Rusiya yığmasının üzərində daha böyük təzyiq var. Xüsusilə Braziliyaəsilli və Avropa təcrübəsi olan futzalçılardan ibarət Azərbaycan millisinin Rusiya üzərindəki qələbəsi vəziyyəti daha da çətinləşdirdi".

Qeyd edək ki, elit-raundun II turunda Azərbaycan millisinə 3:4 hesabı ilə uduzan Rusiya yığması bu axşam Xorvatiya ilə qarşılaşacaq. Azərbaycan millisi isə qrupun son turunda Slovakiya ilə üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi