​Rusiyanın yüngül atletika yığması Pekin Olimpiadasının qızıl medalından məhrum edilib

​Rusiyanın yüngül atletika yığması Pekin Olimpiadasının qızıl medalından məhrum edilib Medal 2008-ci ildə 4x100 metr məsafəyə estafet yarışlarında qazanılmışdı
Komanda
17 Avqust , 2016 02:04
​Rusiyanın yüngül atletika yığması Pekin Olimpiadasının qızıl medalından məhrum edilib

Bakı. 17 avqust. REPORT.AZ/ Rusiyanın yüngül atletika yığması 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarının 4x100 metr məsafəyə estafet yarışlarında qazanılan qızıl medaldan məhrum edilib.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin məlumatında bildirilir.

Qərar 2008-ci il Olimpiadasının dopinq nümunələrinin yoxlanılmasının yekunu üzrə qəbul olunub. Qaçış üzrə atlet Yuliya Çermoşanskayadan götürülən dopinq nümunəsi müsbət nəticə verib. Onun qanında iki qadağan olunmuş maddə aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi