Rikardinyo: "Azərbaycan millisini məğlub etməklə hamıya mesaj göndərdik"

Rikardinyo: "Azərbaycan millisini məğlub etməklə hamıya mesaj göndərdik" "Avropa çempionatları tarixində bombardir olmaq maraqlıdır"
Komanda
7 Fevral , 2018 09:32
Rikardinyo: Azərbaycan millisini məğlub etməklə hamıya mesaj göndərdik

Bakı. 7 fevral. REPORT.AZ/ “Çox gözəl qələbə qazanaraq, hamıya mesaj göndərdik”.

“Report” xəbər verir ki, bunu Portuqaliya yığmasının futzalçısı Rikardinyo Avropa çempionatının 1/4 finalında Azərbaycan millisi üzərində 8:1 hesablı qələbəni şərh edərkən deyib.

O, qarşılaşmada 4 dəfə fərqlənərək “poker”ə imza atıb. Bununla da Rikardinyo Avropa çempionatları tarixində vurduğu qolların sayını 21-ə çatdırıb və turnir tarixində ən yaxşı bombardir olub. Portuqaliyalı ulduz rusiyalı Konstantin Yeryomenkonun 17 illik rekordunu qırmasına belə münasibət bildirib: “Yeremenko kimi yaxşı oyunçunu geridə qoyaraq, Avropa çempionatları tarixində bombardir olmaq maraqlıdır. Lakin futzal hər zaman bizə daha yaxşı işlər görmək üçün şərait yaradır”.

Qeyd edək ki, Rikardinyonun Rusiya yığmasına qarşı keçiriləcək yarımfinal matçında öz göstəricisini yaxşılaşdırmaq imkanı olacaq. Matç fevraln 8-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi