Yuxarı

Pxençxan-2018: ABŞ-ın qadınlardan ibarət hokkey millisi finala vəsiqə qazanıb

Pxençxan-2018: ABŞ-ın qadınlardan ibarət hokkey millisi finala vəsiqə qazanıb

Bakı. 19 fevral. REPORT.AZ/ ABŞ-ın qadınlardan ibarət hokkey üzrə milli komandası Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında finala vəsiqə qazanıb.

“Report” xəbər verir ki, amerikalılar yarımfinalda Finlandiya yığmasını 5:0 hesabı ilə məğlub ediblər. Finalda rəqib digər yarımfinaldakı Rusiya – Kanada cütünün qalibi olacaq. 

Qeyd edək ki, üçüncü yer uğrunda görüş fevralın 21-də, final matçı isə ertəsi gün keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi