Milli Basketbol Liqasında (NBA) 2018/2019 mövsümünün ən dəyərli basketbolçusu adına namizədlər açıqlanıb.
“Report” yarışın rəsmi saytına istinadən xəbər verir ki, bunlar “Miluoki Baks”ın lideri Yannis Adetokunbo, “Hyuston Rokerts”in müdafiəçisi Ceyms Harden və “Oklahoma-Siti Tander”in hücumçusu Pol Corcdur.
Qalib azarkeşlər arasında keçiriləcək sorğu ilə müəyyənləşəcək və iyunun 24-də açıqlanacaq.
Qeyd edək ki, Harden ötən mövsümün ən dəyərli oyunçusu seçilib.