MOİK-in futbol komandası fəaliyyətini dayandıra bilər

MOİK-in futbol komandası fəaliyyətini dayandıra bilər Müdafiə Nazirliyinin idman klubunda futbol komandasının fəaliyyətini dayandırması gözlənilir
Komanda
8 Aprel , 2017 19:37
MOİK-in futbol komandası fəaliyyətini dayandıra bilər

Bakı. 8 aprel. REPORT.AZ/ Mərkəzi Ordu İdman Klubunda (MOİK) ixtisarlar aparılacaq. 

“Report”un etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, 2016/2017 mövsümü başa çatdıqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin idman klubunda futbol komandasının fəaliyyətini dayandırması gözlənilir.

Bunun futbol komandasının cari mövsüm çıxış etdiyi I Diviziondakı nəticələri və ya başqa səbəblərlə bağlı olduğu dəqiq bilinmir.

Qeyd edək ki, MOİK 1961-ci ildə Bakı şəhərində yaradılıb. 1990-cı ilə qədər SSRİ Müdafiə Nazirliyinin himayəsində olub, 1993-cü ildən isə Azərbaycan Müdafiə Nazirliyinin tabeliyinə keçib.

2003/2004 mövsümünün startında klub adını dəyişərək Mərkəzi Ordu İdman Klubu (MOİK) adı altında çıxış etməyə başlayıb.

Son xəbərlər

Orphus sistemi