Ölkə xaricində çıxış edən və koronavirus pandemiyası səbəbindən Azərbaycana qayıdarkən karantinə alınan milli komandanın voleybolçuları - Yuliya Kərimova və Marqarita Əzizova özlərini yaxşı hiss edirlər.
"Report"un məlumatına görə, bunu onlar Azərbaycan Voleybol Federasiyasının Mətbuat xidmətinə açıqlayıblar.
İsrailin “Makkabi” (Hayfa) klubuna məxsus Yuliya Kərimova bildirib ki, Azərbaycana yeni qayıtdığından qaydalara uyğun olaraq karantindədir. 35 yaşlı libero evə göndərilməsinin ikinci analizinin nəticəsinə əsasən bilinəcəyini deyib: “Bakıya gələrkən heç bir çətinlik yaşamadım. Paytaxta -
Marqarita Əzizova da özünü yaxşı hiss edir. Polşa "Radomka"sının formasını geyinən 27 yaşlı hücumçunun sözlərinə görə, səhhətində hansısa problem yoxdur: “Varşavadan Bakıya çarter reysi ilə gəldim. Paytaxta qayıtmağımda Azərbaycanın Polşadakı səfirliyi, eləcə də Azərbaycan Voleybol Federasiyasının böyük köməkliyi oldu. Hazırda Azərbaycanda olduğum üçün onlara təşəkkür edirəm. Buraya gəldikdən sonra məni də bütün sərnişinlər kimi karantinə aldılar. Təbii ki, onlar kimi də müəyyən edilmiş karantin müddətini keçdikdən sonra evə yollanacam”.