İran idman komandaları və idmançılarının Türkiyəyə getməsinə qadağa qoyub

İran idman komandaları və idmançılarının Türkiyəyə getməsinə qadağa qoyub “Bu qərar Türkiyədəki mövcud vəziyyət və təhlükəsizlik məsələləri lə bağlı qəbul edilib”
Komanda
21 Dekabr , 2016 11:53
İran idman komandaları və idmançılarının Türkiyəyə getməsinə qadağa qoyub

Bakı. 21 dekabr. REPORT.AZ/ İranın İdman Nazirliyi bütün idman federasiyalarına Türkiyəyə komanda və idmançı göndərmələrini qadağan edib.

“Report” xəbər verir ki, bu haqda İranın Ankaradakı səfirliyinin rəsmi saytında məlumat yayılıb.

İnformasiyaya əsasən səfirlik bildirib: “Bu qərar Türkiyədəki mövcud vəziyyət və təhlükəsizlik məsələləri lə bağlı qəbul edilib”.

Qeyd edək ki, İranın Xarici İşlər Nazirliyi zərurət olmadığı halda vətəndaşlarına Türkiyəyə getməməyi də məsləhət görüb. 

Son xəbərlər

Orphus sistemi