Yuxarı

Hokkey 2022-ci il Pekin Qış Olimpiya Oyunlarının proqramından çıxarıla bilər

Hokkey 2022-ci il Pekin Qış Olimpiya Oyunlarının proqramından çıxarıla bilər
IOC bu idman növünün gələcəyi ilə bağlı 4 variantı nəzərdən keçirir

Bakı. 13 avqust. REPORT.AZ/ Hokkey 2022-ci il Pekin Qış Olimpiya Oyunlarının proqramından çıxarıla bilər.

“Report”un məlumatına görə, bu barədə “The Sports Network”un jurnalisti Qord Miller Beynəlxalq Hokkey Federasiyasının prezidenti Rene Fazelə istinadən şəxsi “Twitter” səhifəsində yazıb.

Bildirilir ki, Beynəlxalq Olimpiya Komitəsi (IOC) kişilər arasında təşkil olunan yarışın proqramdan çıxarılması da daxil olmaqla, hokkeyin gələcəyi ilə bağlı 4 variantı nəzərdən keçirir.

Bunlardan birincisi olimpiadada Milli Hokkey Liqasının (NHL) oyunçularının da iştirakıdır. İkinci ehtimal turnirin NHL ilə müqaviləsi olan hokkeyçilərin iştirakı olmadan keçirilməsidir. Oyunlara yalnız 23 yaşadək hokkeyçilərin qatılmasına icazə verilməsi üçüncü variantdır. Dördüncüsü isə hokkey yarışlarından imtinadır.

Məsələ ilə bağlı yekun qərarın nə zaman veriləcəyi açıqlanmır.

Qeyd edək ki, NHL oyunçuları “Pxençxan - 2018” Qış Olimpiya Oyunlarında iştirak etməyiblər. Yarışın qalibi Rusiya yığması olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi