Yuxarı

Həndbol üzrə klublararası Avropa kuboklarının keçirilmə sistemində dəyişikliklər edilib

Həndbol üzrə klublararası Avropa kuboklarının keçirilmə sistemində dəyişikliklər edilib
Yeni turnirlər yaradılacaq

Bakı. 24 oktyabr. REPORT.AZ/ Avropa Həndbol Konfederasiyası (EHF) 2020-ci ildən qitəmiqyaslı klub turnirlərinin keçirilmə sistemində dəyişiklik edəcək.

"Report"un məlumatına görə, kişilər arasında Çempionlar Liqasında mübarizə dairəvi sistem üzrə gedəcək. Burada əvvəlcə 12, gələcəkdə 16 komanda olacaq. Turnirdə Avropanın top-liqalarının çempionları və daha 4 klub yarışacaq.

12 komandanın hər biri digər iştirakçılarla üz-üzə gəldikdən sonra 1/4 finala yüksələn 8 komanda müəyyənləşəcək. Onlar isə "Dördlər finalı"na yüksəlmək üçün öz aralarında oyunlar keçirəcəklər.

EHF Kuboku isə Avropa Həndbol Liqası ilə əvəzlənəcək. Bu turnirin qrup mərhələsində 24 komanda çıxış edəcək. Qadınlar arasında Çempionlar Liqasında 16 komanda 2 qrupa bölünəcək. Ən yaxşı "8-lik" "pley-off"a yüksələcək.

Kişi və qadınlar arasında Çağırış Kuboku EHF Kuboku ilə əvəzlənəcək. Burada komandalar mübarizəni dayandıranadək oynayacaqlar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi