Bakı. 12 sentyabr.
"Report" Azərbaycan Həndbol Federasiyasının Mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 6-da start götürəcək yarışda 6-sı qadınlardan, 4-ü isə kişilərdən ibarət olmaqla 10 komanda iştirak edəcək.
Kişilərin mübarizəsinə "Bakı", "Təhsil", "U-16" və "Məhsul", qadınların mübarizəsinə isə "Azərsu", "Azəryol", "Gənclər Birliyi", "İdman Akademiyası","Olimpiya", "Qarabağ" komandaları qatılacaq.
İlk yarış günündə "Gənclər Birliyi" "Azəryol"la, "İdman Akademiyası "Qarabağ"la, "Azərsu" isə "Olimpiya" kollektivi ilə üz-üzə gələcək. Oyunlar "ABU Arena"da təşkil olunacaq.