Yuxarı

Həndbol üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Həndbol üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
Saleh Məmmədov: Son dəyişikliklər ölkədə həndbolun inkişafına təkan verəcək

Bakı. 16 fevral. REPORT.AZ/ Bu gün "ABU Arena"da qadın və kişi həndbolçular arasında Azərbaycan çempionatlarının açılış mərasimi keçirilib.

"Report"un məlumatına görə, mərasimdə Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədovla Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə iştirak ediblər.

S.Məmmədov çıxışında ümid etdiyini bildirib ki, federasiyadakı son dəyişikliklər ölkədə həndbolun inkişafına təkan verəcək. O, çempionat iştirakçılarına uğurlar arzulayıb.

Ç.Hüseynzadə Azərbaycanda həndbol ənənələrinin olduğunu xatırladıb: Rəfiqə Şabanova və Lyudmila Şubina kimi həndbolçularımız var. Onlar hazırda MOK-un üzvüdürlər. Məqsədimiz hındbolu dirçəltməkdir. Bu idman növü IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxildir. Həndbolçularımıza həm ölkə çempionatında, hım də İslamiadada uğurlar arzulayıram".

Gənclər və İdman Nazirliyinin şöbə müdiri Fərid Mansurov isə idmann bu növümün popluyarlığına diqqət çəkərək, komandalara uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycan çempionatında qadınların mübarizəsində “Azəryol”, “Nur”, “Gənclərbirliyi” və “Qarabağ”, kişilərin yarışında “Təhsil”, “Məhsul”, RİOEUGİM-in 2 və 12 saylı məktəbləri güclərini sınayacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi