Gənclər və İdman Nazirliyinin keçirəcəyi tədbirdə mukafat alacaq idmançılar müəyyənləşib - SİYAHI

Gənclər və İdman Nazirliyinin keçirəcəyi tədbirdə mukafat alacaq idmançılar müəyyənləşib - SİYAHI Nazirlik bu dəfə cəmi 3 nominasiya üzrə qalibləri təltif edəcək
Komanda
24 Dekabr , 2014 16:49
Gənclər və İdman Nazirliyinin keçirəcəyi tədbirdə mukafat alacaq idmançılar müəyyənləşib - SİYAHI

Bakı. 24 dekabr. REPORT.AZ/ Gənclər və İdman Nazirliyinin 2014-cü ilin yekunları ilə əlaqədar bu gün "Buta Palace"da keçirəcəyi təntənəli mərasimdə təqdim edəcəyi mükafatların sahibləri müəyyənləşib. "Report"un məlumatına görə, nazirlik bu dəfə cəmi 3 nominasiya üzrə qalibləri təltif edəcək. 

İlin klubu adına "Qarabağ", yığma komandası adına isə voleybolçu qadınlardan ibarət Azərbaycan millisi layiq görülüb. İlk "10-luğ"a isə aşağıdakı idmançılar daxil olub: Hacı Əliyev (sərbəst güləş), Mariya Stadnik (qadın güləşi), Yelena Vıstropova (boks), Xetaq Qazyumov (sərbəst güləş), Radik İsayev (taekvondo), Fərid Mayılov (kunq-fu), Rəsul Çunayev (Yunan-Roma güləşi), Elmar Qasımov (cüdo), Marina Durunda (bədii gimnastika), Eduard Məmmədov (kikboksing). 

Qeyd edək ki, saat 18:00-da başlanacaq mərasimə gənclər və idman naziri Azad Rəhimov başda olmaqla, idman ictimaiyyətinin nümayəndələri qatılacaqlar. 

Son xəbərlər

Orphus sistemi