Futzal üzrə Azərbaycan milli komandasının Moldova yığması ilə görüşlər üçün heyəti açıqlanıb

Futzal üzrə Azərbaycan milli komandasının Moldova yığması ilə görüşlər üçün heyəti açıqlanıb Baş məşqçi Biro Jade 15 oyunçuya dəvət göndərib
Komanda
28 Mart , 2017 11:32
Futzal üzrə Azərbaycan milli komandasının Moldova yığması ilə görüşlər üçün heyəti açıqlanıb

Bakı. 28 mart. REPORT.AZ/ Moldova yığması ilə iki yoldaşlıq oyunu keçirəcək futzal üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Biro Jade 15 oyunçuya dəvət göndərib.

Braziliyalı mütəxəssis Moldova ilə matçlarda Rövşən Hüseynli, Elnur Zamanov, Anar Məmmədov, Faiq Əliyev, Fərid Atakişiyev, Xətai Bağırov, Everton Kardosa, Fineo de Araujo, Rizvan Fərzəliyev, Namiq Məmmədkərimov, Eduardo Mello Borges, Villiams Oliveira Do Nascimento, Tyaqo Teles Martins, İsa Atayev və Oqtay Rüstəmlinin xidmətindən yararlanacaq.

Qeyd edək ki, oyunlar 29-30 martda Bakı İdman Sarayında keçiriləcək. Hər iki matç saat 18:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi