Yuxarı

Dünya çempionatında 7 medal qazanan usta cüdoçularımız vətənə qayıdıblar

Dünya çempionatında 7 medal qazanan usta cüdoçularımız vətənə qayıdıbl

Mərakeşdə usta cüdoçular arasında keçirilən dünya çempionatında tarixi uğur qazanan Azərbaycan milli komandası Vətənə dönüb.

"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Heydər Əliyev adına Hava Limanında veteran cüdoçuların qarşılanma mərasimi olub. Milli komandamızın üzvlərini ictimaiyyət nümayəndələri, idmançılar, federasiya rəsmiləri və mətbuat nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, Mərakeşdə usta cüdoçular arasında keçirilən dünya çempionatı Azərbaycan üçün əlamətdar olub. Fərdi yarışlarda Fərhad Rəcəbli, Məmməd Məmmədov, Mübariz Cəfərov, Elxan Rəcəbli və Rəsul Səlimov qızıl, Vüqar Babayev gümüş, Müşviq Cəfərov bürünc medal qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi